Ermənistan müxalifəti geri çəkilmir

15:42 | 15.12.2015
Ermənistan müxalifəti geri çəkilmir

Ermənistan müxalifəti geri çəkilmir

Ermənistanda müxalifətin Ermənistan Milli Konqresi (HAK) bildirir ki, 6 dekabr referendumunun nəticələrinə qarşı mübarizəni davam etdirəcək. Referendum nəticəsində ölkə prezident üsul-idarəsindən parlament sisteminə keçib.

HAK rəsmisi Levon Zurabian dekabrın 14-də AzadlıqRadiosunun erməni xidmətinə deyib ki, onlar Konstitusiya Məhkəməsinə müraciət edəcəklər. Müxalifət referendumda saxtakarlıqların baş verdiyini bildirir.

Ermənistan Mərkəzi Seçki Komissiyası dekabrın 13-də konstitusiyaya dəyişikliklərin qəbul olunduğunu bəyan edib.

Komissiya müxalifətin iddialarını da rədd edib, "referendumun nəticələrinə təsir göstərəcək pozuntuların baş vermədiyini” deyib.

Müxalifət iddia edir ki, dəyişikliklərdə məqsəd prezident Serzh Sarkisian-ı 2018-ci ildən sonra da prezident postunda saxlamaqdır.  /Azadliq.org

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM