Ermənistan ordusunun əsgəri öldürüldü

18:40 | 15.10.2016
Ermənistan ordusunun əsgəri öldürüldü

Ermənistan ordusunun əsgəri öldürüldü

Ermənistan Silahlı Qüvvələrinin əsgəri Vaaqn Viravyan növbədə olarkən öldürülüb.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkə İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Hadisə oktyabrın 15-də səhər saatlarında baş verib.

Məlumata görə, hadisənin baş verdiyi yerdə araşdırma aparılıb, əsgərin öldürlüdüyü silah aşkar edilib, onun kimə mənsub olduğu müəyyənləşdirilib.

Vaaqn Viravyanın əsgər yoldaşı tərəfindən öldürüldüyü ehtimal edilir. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb