Ermənistan Parlamenti Azərbaycana müharibə elan etdi - Aprel döyüşlərin təkrarlana bilərmi?

16:18 | 13.09.2018
Ermənistan Parlamenti Azərbaycana müharibə elan etdi - Aprel döyüşlərin təkrarlana bilərmi?

Ermənistan Parlamenti Azərbaycana müharibə elan etdi - Aprel döyüşlərin təkrarlana bilərmi?

Xəbər verdiyimiz kimi, sentyabrın 12-də Ermənistan parlamenti özünün fövqəladə yığıncağında Azərbaycana rəsmən müharibə elan edilməsi barədə qərar verib. Bu qərardan etibarən cəbhədə vəziyyət yenidən gərginləşə bilərmi?

Bununla bağlı BiG.AZ-a açıqlama verən deputat Fazil Mustafa bildirib ki, Ermənistan 25 ildən çoxdur ki, Azərbaycana müharibə elan etməyib: "Sadəcə biz bu müharibəyə cavab verməmişik. Ermənistan müharibə elan edib və yekunlaşdırıb. Biz torpaqlarımızı işğaldan azad etmək üçün addımlar atmalıyıq. Biz Ermənistanın bizə elan etdiyi müharibəyə cavab verməyi 28 ildir ki, gecikdirmişik. Biz onlara layiqli cavab verməliyik. Ermənistan müharibəni yekunlaşdırıb. Onlar hansı müharibəni elan ediblər. Bu gün onlar müharibədə üstünlük əldə etmək istəyirlər. Biz onların hər bir təxribatına cavab verməyə hazırıq”. 

General-leytenant Yaşar Aydəmirov bildirib ki, Ermənistan sadəcə virtual komputer müharibəsi aparır: "Onlar reklam xətrinə və daxildə olan gərginliyi azaltmaq üçün bu cür açıqlamalar verirlər. Ermənilər bədbəxt insanlardılar. Heç bir zaman aprel döyüşləri təkrarlanmayacaq. Baş verəcək müharibə daha kəskin və faciəvi olacaq. Əvvəl ki, kimi bu dəfə bir deyil bir neçə bölmələr müharibədə iştirak edəcək. Ermənilər sadəcə oyun oynayırlar”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb