Ermənistan parlamentinin vitse-spikeri qalmaqallı açıqlama verdi

13:53 | 12.03.2016
Ermənistan parlamentinin vitse-spikeri qalmaqallı açıqlama verdi

Ermənistan parlamentinin vitse-spikeri qalmaqallı açıqlama verdi

Ermənistan Türkiyənin "Su-24” Rusiya bombardmançısını vurmasını daha əvvəl Azərbaycan silahlı qüvvələrinin Qarabağda erməni vertolyotunun vurulması ilə müqayisə edərək cinayət hesab edir.
 
ANS PRESS-in məlumatına görə, bu barədə İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Parlamentlərarası məclisinin çıxış iclasından sonra brifinqdə Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov jurnalistlərə bildirib.

Onun sözlərinə görə, KTMT ölkələrinin nümayəndə heyətləri dünyanın aktual təhlükələrinin pozulması yönündə birləşmiş halda çıxış etməlidir. 

"Ermənistan Qarabağın həllini istənilən başqa münaqişə kimi yalnız sülh yoluyla görür. Bunun qəbul edilmiş üç prinsip əsasında yolu var - öz müqəddəratını təyin etməyə xalqların hüquqları , ərazi bütövlüyü, gücün tətbiq edilməməsi və ya onun tətbiqinin təhlükələri. Azərbaycan tərəfinin məsələni bütün qüc metodlarıyla həll etmə cəhdləri qəbuledilməz", - deyə Şarmazanov qeyd edib.

Şarmazanov KTMT sədri, Rusiya Dövlət dumasının spikeri Sergey Narışkinın təşkilatın rolunun artımında xüsusi rolunu vurğulayıb.

Qeyd edək ki,"Daşkənd paktı" da adlandırılan KTMT regional beynəlxalq təşkilatdır. Məqsəd sülhün, beynəlxalq və regional təhlükəsizlik və stabilliyin möhkəmləndirilməsi, üzv dövlətlərin müstəqilliyinin və ərazi bütövlüyünün kollektiv şəkildə müdafiəsidir. 

1992-ci il mayın 15-də Özbəkistanın paytaxtı Daşkənd şəhərində ilk dəfə imzalananan müqaviləyə Ermənistan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistan imza atıb. 1993-cü ildə isə Azərbaycan, Belarusiya vəGürcüstan da qoşuldu. Bununla belə, Azərbaycan 1999-cu ildə müqavilənin vaxtını uzatmaqdan imtina edərək təşkilatı tərk edib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM