"Ermənistan Rusiyaya açıq şəkildə "yox" dedi" - Erməni ekspert

11:20 | 18.08.2016

"Ermənistan Rusiyaya açıq şəkildə "yox" dedi" - Erməni ekspert

Ermənistan və Rusiya dövlət başçılarının avqustun 10-da Moskvada keçirdikləri görüşün nəticəsi bir məsələni ortaya çıxardı: "İki ölkə arasında fikir ayrılıqları var".

ANN.Az Ermənistan mediasına istinadən xəbər verir ki, bu sözləri Ermənistanın Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzi mütəxəssislərindən olan Ruben Mehrabyan mətbuat konfransında deyib.

Ekspertin sözlərinə görə, Putin Sarkisyanla görüşdə Rusiyanın ATƏT-in Minsk Qrupunun digər həmsədr ölkələri ilə birlikdə Qarabağda cəbhə xəttində təhlükəsizlik təminatçısı ola biləcəyini söyləyib: "Putinin işlətdiyi ATƏT-in Minsk Qrupu "kimi ölkələr" ifadəsinə həmçinin Türkiyə də daxildir. Çünki Rusiya Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun erməni tərəfinin torpaq işğalçısı olması ilə bağlı bəyanatlarını təkzib etməyib. Buna da qarşılıq olaraq erməni tərəfi Rusiyaya öz mesajını göndərib. Belə ki, avqustun 16-da İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzv ölkələrinin Müdafiə Nazirləri Şurasının iclası keçirilərkən Serj Sarkisyan Braziliyada Olimpiya Oyunlarını izləyirdi. Və bu çox şey ifadə edir".
 
Orxan Aslanlı

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM