Azərbaycan Silahlı Qüvvələri payız-qış mövsümünə hazırlıq məqsədilə əvvəlcədən planlaşdırılmış təlimlər keçirir, Ermənistan isə sərhəddə öz qoşunlarını yığır. Bunu Azərbaycan Prezidenti İlham Əliyevin xarici siyasət məsələləri üzrə müşaviri Hikmət Hacıyev "Reuters” agentliyinə bildirib.
"Bu, müntəzəm planlaşdırma prosesinin bir hissəsidir. Ermənistanı öz növbəsində sərhəddə qoşunlar yığaraq yeni silahlar almağa davam edir. Bizim strategiyamız Azərbaycana qarşı hər hansı silahlı və ya qeyri-qanuni hərbi hərəkətlərin və ya təxribatların qarşısını almaqdan ibarətdir", - Hacıyev söyləyib.
Hacıyev açıqlamasında Ermənistanı "hərbi və siyasi təxribatlara” son qoymağa çağırıb.
Reuters-in yazdığına görə. Rusiya da öz növbəsində Ermənistanın sərhəddə Amerika ilə təlim keçməsini tənqid edib. Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov bildirib ki, bu təlim İrəvanla Bakı arasında münasibətlərin normallaşmmasına töhvə verməyəcək.
Ermənistanın baş naziri Nikol Paşinyan sonuncu dəfə "France-Press"ə müsahibəsində vurğulayıb ki, sülh müqaviləsi imzalanmayana və bu müqavilə hər iki ölkənin parlamentləri tərəfindən ratifikasiya olunmayana qədər müharibə ehtimalı çox yüksəkdir.
Azərbaycan prezidenti İlham Əliyev isə Şuşada keçirilən sonuncu Qlobal Media Forumunda söyləyib ki, bu ilin sonuna kimi Ermənistanla sülh müqaviləsinin imzalanmasını real hesab edir.
Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatlar 2020-ci ilin noyabrında üçtərəfli bəyanatın imzalanmasından sonra dayandırılıb. Bəyanatdan sonra Rusiya sülhməramlıları 5 il müddətində Qarabağa müvəqqəti sülhməramlı kimi yerləşdirilib. Bu dövrdən sonra Azərbaycan və Ermənistan dövlət başçıları, o cümlədən hər iki ölkənin xarici işlər nazirləri bir çox rəsmi görüşlər keçirib. Hazırda sülh müqaviləsi üzərində danışıq prosesləri getsə də tərəflər bir birini təxribatlar törətməkdə günahlandırır və bu, ekspertlərin fikrincə, sülh müqaviləsinin imzalanmasına əngəl yaradır.
Gülnar

www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !