Ermənistan-Türkiyə protokolları ləğv edilib

22:11 | 01.03.2018
Ermənistan-Türkiyə protokolları ləğv edilib

Ermənistan-Türkiyə protokolları ləğv edilib

Ermənistan-Türkiyə protokolları ləğv edilib.
 
APA-nın "news.am” saytına istinadən verdiyi məlumata görə, bunu Ermənistan prezidenti Serj Sarkisyan Milli Təhlükəsizlik Şurasının iclasında bəyan edib.
 
Qeyd edək ki, sözügedən sənədlər 2009-cu ilin oktyabr ayında Sürixdə Ermənistan və Türkiyə xarici işlər nazirləri tərəfindən imzalanıb. İmzalanma mərasimində ABŞ dövlət katibi, Rusiya və Fransa xarici işlər nazirləri iştirak ediblər.

 
2010-cu ilin aprelində Ermənistanın hakim koalisiyası protokolların ratifikasiyası prosesinin dayandırılması haqqında qərar qəbul edib. Bu haqda Türkiyə tərəfi məlumatlandırılıb.
 
2015-ci ilin fevral ayının 16-da S. Sarkisyan protokolları Ermənistan parlamentindən geri çəkib.
 
2017-ci ilin sentyabr ayında BMT Baş Assambleyasının sessiyasında çıxış edən S. Sarkisyan bəyan edib ki, Ermənistan-Türkiyə protokollarının reallaşmasında müsbət irəliləyişlər olmadığından Ermənistan onları ləğv edəcək. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb