Ermənistan və Azərbaycan komissiyalarının işini bərpa etmək barədə razılığa gəlib

11:53 | 11.04.2024
Ermənistan və Azərbaycan komissiyalarının işini bərpa etmək barədə razılığa gəlib

Ermənistan və Azərbaycan komissiyalarının işini bərpa etmək barədə razılığa gəlib

Ermənistan və Azərbaycan delimitasiya və demarkasiya komissiyalarının işini bərpa etmək barədə razılığa gəliblər.

Bu barədə "Report" "Novosti Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan jurnalistlərə açıqlamasında deyib.

"Hökumətlər xeyli müddətdir dayandırılmış delimitasiya işlərinin bərpası ilə bağlı razılığa gəliblər. Hazırda hər iki ölkə delimitasiya komissiyalarının tərkibini yeniləyib. Lakin görüşlər hələ baş tutmayıb", - o bildirib.

Nazir müavini ilk görüşün tez bir zamanda olacağına ümid etdiyini diqqətə çatdırıb.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb