Ermənistanda 200 nəfər saxlanıldı

09:25 | 18.07.2016
Ermənistanda 200 nəfər saxlanıldı

Ermənistanda 200 nəfər saxlanıldı

Ermənistanda polis binasına hücumla əlaqədar 200 nəfər saxlanılıb.

APA-nın "İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, hazırda onlardan 50-si sərbəst buraxılıb.

Məlumata əsasən, hüquq-mühafizə orqanları onların "Təsis Parlamenti” təşkilatı və  Ermənistan Polisinin Patrul-mühafizə polkunun binasına hücum edən silahlı qrupla əlaqələrini araşdırır.

Xatırladaq ki, iyulun 17-də İrəvanda baş verən silahlı insident zamanı 1 polis əməkdaşı öldürülüb, 2-si yaralanıb. Polis idarəsini ələ keçirən  silahlı şəxslər 7 nəfəri girov saxlayır.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM