Ermənistanda aksiyaya qatılan aktrisa həbs olundu

14:10 | 29.07.2016
Ermənistanda aksiyaya qatılan aktrisa həbs olundu

Ermənistanda aksiyaya qatılan aktrisa həbs olundu

Dünyaca məşhur erməni kinorejissoru Atom Egoyanın arvadı aktrisa Kanadada yaşayan tanınmış aktrisa Arsinee Khanjian dünən Ermənistanın paytaxtı Yerevan şəhərində Xorenasiya küçəsində həbs olunub. Bu haqda "Newsarmenia" xəbər verir.

Aktrisanın həbs olunma səbəbi bilinməsə də, Khanjianın son günlər Yerevanda "Sasna Chrer" silahlı qruplaşmasını dəstəkləmək məqsədiylə keçirilən mitinqlərdə iştirak etməsi üzündən həbs olunduğu deyilir.

Xatırladaq ki, "Sasna Çrer" silahlı qruplaşması iyulun 17-də Yerevanın Xorenasiya küçəsindəki polis idarəsini tutub. Qruplaşma üzvləri tərəfdarı olduqları radikal müxalif lider Jirair Sefilianın həbsdən buraxılmasını tələb edirlər. (Azadliq.org)

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM