Ermənistanda əsgər hərbçi yoldaşını güllələyib

13:55 | 04.10.2017
Ermənistanda əsgər hərbçi yoldaşını güllələyib

Ermənistanda əsgər hərbçi yoldaşını güllələyib

Ermənistan ordusunun işğal olunmuş Azərbaycan ərazilərində dislokasiya olunan hərbi hissələrində Dağlıq Qarabağdan olan ermənilərlə Ermənistandan çağırılan hərbçilər arasında gərgin münasibətlər nəticəsində baş verən qanlı insidentlər artıq adi hala çevrilib.

AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, Ermənistandan hərbi xidmətə çağrılan və zorla Qarabağ ərazisinə göndərilən hərbçilər tərəfindən vəzifə səlahiyyətlərinin aşması və nizamnamədən kənar münasibətlər zəminində baş verən hadisələr zamanı mənəvi və fiziki işgəncələrə dözməyən Qarabağ ermənilərindən olan hərbçilər son çıxış yolunu silaha əl atmaqla ya özünə, ya da onu incidənə xəsarət yetirməkdə görürlər.

Sentyabrın 28-də baş verən daha bir qanlı insident nəticəsində ermənistanlı hərbi qulluqçu yaralanıb. Xocavənd rayonu ərazisində yerləşən işğalçı ordunun postlarından birində şəxsi heyət arasında baş verən dava zamanı post başçısı əslən Ermənistanın Dilican rayonundan olan, 1998-ci il təvəllüdlü Seyran Sarkisyan, əslən Qarabağ ermənisi olan xidmət yoldaşı tərəfindən açılan atəşlə başından yaralanıb.

S.Sarkisyan hospitala aparılarkən yolda keçinib, faktla baglı araşdırma aparmaq üçün qondarma ordunun vəzifəli şəxsləri əraziyə gəliblər. Ermənistan müdafiə nazirliyi tərəfindən insidentin əsl səbəbi gizlədilərək, hadisənin guya "qarşı tərəfin atəşi nəticəsində baş verdiyi” bildirilir.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb