Ermənistan İdman nazirinin müavini Qevork Loretsyan və "Lokomotiv” futbol klubunun prezidenti Qraçik Kananyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən həbs edilib.
Bu gün o, xüsusilə böyük miqdarda rüşvət almaqda şübhəli bilinərək həbs edilib.
MTX-nin mətbuat xidməti onu da qeyd edib ki, onun sürücüsü, bir sıra idman məhsulu tədarükçülərinin faktiki rəhbəri və Ermənistandakı futbol klublarından birinin rəhbəri Kananyan da onunla birlikdə tutulub.
"Sputnik Ermənistan”ın xəbərinə görə, Kananyan "Elit İdman” MMC-nin direktoru olub. Müəssisə Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi ilə birgə əməkdaşlıq edərək, nazirliyi idman formaları ilə təmin edib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !