Ermənistanda romanların, şeir kitablarının tirajı nə qədərdir?

15:31 | 25.02.2014
Ermənistanda romanların, şeir kitablarının tirajı nə qədərdir?

Ermənistanda romanların, şeir kitablarının tirajı nə qədərdir?

Ermənistanda bədii ədəbiyyat, yəni şeir, roman, hekayə kitabları çox məhdud tirajla çap olunur. 500-700 nüsxə. Bu da kitabın nəşr və reklam xərclərini zorla qarşılayır.

Bunu “Antares” nəşriyyatının baş redaktoru Armenik Nikoqosyan “ARKA” agentliyinə deyib.

Amma onun sözlərinə görə, kitab bazarında bəzi ümidverici meyllər də hiss olunur:

“Məsələn, əgər bir neçə il əvvəl biz çağdaş yazıçıya zorla başa salırdıq ki, kitab da maldır və onu reklam etmək lazımdır. İndi isə bu məsələnin artıq müəyyən dərəcədə anlayışla qarşılandığını görürük.

Müəlliflər öz ictimai imicləri üzərində işləyir, sosial şəbəkələrdə fəallaşır, reklam kampaniyaları təşkil edir, beləliklə daha çox oxucunun diqqətini cəlb edirlər”.

Nikoqosyan deyir ki, hazırda Ermənistanda yalnız uşaq kitablarının nəşri gəlir gətirir.

Qeyd edək ki, bədii ədəbiyyatın satışı baxımından Ermənistan və Azərbaycanda vəziyyət təxminən oxşardır.

Azadliq.org

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb