"Ermənistanı fəlakət gözləyir" - Ter-Petrosyan

00:02 | 14.10.2016

"Ermənistanı fəlakət gözləyir" - Ter-Petrosyan

"Ermənistanı yaxın zamanda real iqtisadi fəlakət gözləyir".
 
APA-nın "aysor.am”-a istinadən verdiyi xəbərə görə, bunu Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan deyib.
 
"Rejim idarəçilik sisteminin islahatlaşdırılması və seçki prosesinin səhnələşdirilmiş mərasimləri ilə məşğul olduqca ölkəni yaxın zamanda real iqtisadi fəlakət gözləyir. Bu mərasimlər dövlətin sağlamlaşdırılmasına deyil, iqtidarın hakimiyyətini möhkəmləndirməyə və əbədiləşdirməyə xidmət edir”, - deyə o qeyd edib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM