Ermənistanın baş nazirindən Rusiyaya silah müraciəti

13:29 | 10.04.2016
Ermənistanın baş nazirindən Rusiyaya silah müraciəti

Ermənistanın baş nazirindən Rusiyaya silah müraciəti

Ermənistanın baş naziri Rusiyanı Azərbaycana silah satmamağa çağırıb. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, erməni baş nazir Ovik Abramyan bildirib ki, Rusiyanın Azərbaycana silah satması Ermənistanda müsbət qarşılanmır.


"Rusiya bizim strateji müttəfiqimizdir. Ancaq xalqımız  böyük ürək ağrısı ilə qəbul edir ki o, Azərbaycana silah satır. Mən Rusiyanı Azərbaycana silah satmamağa çağırıram".
 
Erməni baş nazir onu da qeyd edib ki, onların narahatçılığına baxmayaraq bu məsələ Rusiyanın daxili işidir:


"Rusiyanın qarşı tərəfə silah satışını dayandırması yaxşı olardı. Amma bu Rusiya tərəfinin daxili  işidir”, -deyə Abramyan Gümrüdə çıxış edərək deyib.
İki gün əvvəl də Ermənistanın Müdafiə Nazirliyi Rusiyanın Azərbaycana silah satışını davam etdirməsinəmünasibət bildirib. Nazirliyin mətbuat katibi Artsrun Ovanisyan bildirib ki, bütün bu baş verənlərdən sonra silah satışının davam etdirilməsini qəbuledilməz adlandırıb.

"Cəbhə xəttində baş verən gərinlikdən sonra silah satışının davam etdirilməsi əxlaqsızlıqdır", -  deyə Ovanisyan bildirib.
Aprelin 8-də Bakıda səfərdə olan Rusiyanın baş nazirinin müavini Dmitri Roqozin bildirib ki, Rusiya mövcud müqavilələrə uyğun olaraq Azərbaycana silah satışını davam etdirəcək.  

"Hər şey müqavilələrə uyğun olacaq. Hər iki ölkə - Azərbaycan və Ermənistan strateji tərəfdaşımızdır”, - deyə o vurğulayıb.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb