Ermənistanın dövlət borcu artır

18:03 | 27.05.2016
Ermənistanın dövlət borcu artır

Ermənistanın dövlət borcu artır

Ermənistanın dövlət borcu sürətlə artır və yeni rekordlara imza atır. 

Bu barədə "Report" Ermənistanın "Joxovurd" qəzetinə istinadən xəbər verir. 

Ermənistan Maliyyə Nazirliyinin dərc etdiyi məlumata əsasən, 2016-ci ilin mayında ölkənin dövlət borcu 5 mlrd. 252 mln. 200 min ABŞ dollarına çatıb. Nəşr qeyd edir ki, bir ay - aprel ayı ərzində bu göstərici 56 mln. 100 ABŞ dolları artıb.

"Maraqlıdır ki, son ay ərzində dövlət borcunun artımının əsas hissəsi xarici borcun payına düşür - bu göstərici 53 mln. 400 ABŞ dolları artıb. Bu  o deməkdir ki,  Ermənistan iqtisadiyyatı beynəlxalq strukturların və maliyyə təşkilatlarının kreditləri hesabına mövcuddur", - deyə "Joxovurd" yazır.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM