Ermənistanın Qarabağda başladığı əks-hücum

22:26 | 04.12.2017
Ermənistanın Qarabağda başladığı əks-hücum

Ermənistanın Qarabağda başladığı əks-hücum

Ermənistan ordusunun rəhbərliyi Qarabağda bu günlərdə keçirdiyi və «əks-hücum  planı» adlandırdığı  hərbi təlimlərdən məmnun qaldığını bildirib.

İstiPress-in məlumatına görə, "Lragir"in yazdığına görə, təlimləri Ermənistan prezidenti Serj Sarkisyan da müşahidə edib və işğalçı erməni əsgərlərinin qarşısında patriotik  çıxış da edib. O iddia edib ki, təlimlər həmin torpaqları erməni işğalından xilas etməyə çalışan Azərbaycana cavabdır: "Kim bizim vətənimizdən məhrum etməyə, güclü sayılaraq əlimizdən nələrisə almağa çalışırsa, bu ona cavabdır",- deyən Ermənistan prezidenti əslində üstörtülü olsa da Azərbaycanın işğal edilmiş torpaqları azad etməyə qadir olduğunu vurğulayıb.

Bunu bir sıra erməni KİV-ləri də üstörtülü qeyd edirlər. Məsələn, Ermənistanın populyar portalı "1in.am" Sarkisyanın Avropa Şurası ilə bağladığı və İrəvanda qələbə kimi dəyərləndirilən tərəfdaşlıq sazişinə, həmçinin KTMT-nin Qarabağ münaqişəsi ilə verdiyi bəyanata işarə edərək bunun əslində Azərbaycana müharibə başlamamaq üçün tövsiyyə olduğunu bildirir: 

"Bakının müharibə başlamaq istəyinin legitimliyi sıxışdırılıb. Amma başqa tərəfdən, İrəvanın  diplomatik qələbə saydığı məsələ yalnız statusa-kvonun saxlanmasına yönəlib və münaqişəni (Ermənistan üçün) əlverişli tənzimlənməsinə zəmanət vermir. Təsadüfi deyil ki, Serj Sarkisyan periodik olaraq ağrılı qərarlardan danışır".

Lakin Sarkisyana yaxın adamlar cəmiyyətə müharibənin hər an başlaya biləcəyini, yəni Azərbaycanın müharibə başlamaq istəyinin legitimliyinə heç nəyin təsir göstərmədiyini vurğulayırlar.

Məsələn Ermənistan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru Ruben Safrastyan bu gün keçirdiyi mətbuat konfransında Azərbaycanın hətta İrəvana belə hücum edə biləcəyini vurğulayıb. O, Azərbaycanın Naxçıvanda güclü hərbi potensial topladığına işarə edərək həm Ermənistanın hərbi gücünü artırmağa, həm də diplotik sahədə fəaliyyət göstərməyə çağırıb.

"Biz öz tərəfdaşlarımızı və qonşularımızı inandırmağı bacarmalıyıq",- deyə Safrstyan Ermənistanını strateji tərəfdaşı və müttəfiqi Rusiyanı, həm də həmişə onu müdafiə edən qonşusu İranı nəzərdə tutub.




www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb