Ermənistanın yeni böyük qorxusu

15:54 | 24.10.2017
Ermənistanın yeni böyük qorxusu

Ermənistanın yeni böyük qorxusu

Ermənistan noyabrın 24-də Avropa Birliyi (AB) ilə tərəfdaşlıq sazişi imzalayacağını bəyan etsə də, bu addımı atmaqdan qorxur.

İsğiPress-in məlumatına görə, bu rəyə Ermənistan parlamentinin deputatı Hayk Babaxanyanın «Sputnik Armeniya» saytının multimediya mərkəzində Moldova ilə telekörpü zamanı dediklərindən belə anlamaq olur.

Ermənistan üçün Rusiyanın ən prioritet tərəfdaş olduğunu deyən Hayk Babaxanyan AB tərəfdaşlığın qorxulu tərəflərindən danışıb. "Molodovanın, Gürcüstanın və Ukraynanın AB ilə saziş bağladıqdan sonra başına gələnlər bizi ehtiyatlı davranmağa vadar edir",- deyə Babuxanyan vurğulayıb.

Təbii ki, Babuxanyan məsələnin Ermənistan rəhbərliyinin Rusiyadan qorxması ilə  bağlı olduğunu deməyə çətinlik çəkib. O həm də bildirib ki, Avropa Birliyi sazişin bağlanması üçün Ermənistanın qarşısına yerinə yetirilməsi qeyri-mümkün olan tələblər qoyub: Metsamor Atom Elektrik Stansiyasının (AES) bağlanmasını və «Ermənstan konyakı» sözünün «Ermənistan brendisi» ilə əvəz olunmasını tələb edib.

Təbii ki, bu bəhanədir və Avropa Birliyi ilə danışıqlar aparıb məsələni həll edə bilərdilər. Əsas problem Ermənistanın Rusiyanın müstəmləkəsi olmasındadır. Əgər Serc Sarkisyan və komandası bu addımı atarsa, Rusiya onu sərt cəzalandıra bilər və nəticədə Qarabağ klanı yerini  Rusiyaya daha sadiq olan başqa komandaya verə bilər.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb