Əsərlərində Qarabağı əks etdirən rəssam

12:07 | 09.05.2014
Əsərlərində Qarabağı əks etdirən rəssam

Əsərlərində Qarabağı əks etdirən rəssam

Hazırda Moskvada yaşayan Əsgər Məmmədov Qarabağ torpağının yetişdirməsidir. Ömrünün 40 ildən coxunu rəssamlıq sənətinə həsr etmis ağ saçlı, baxışlarında qəriblik, simasında isə sadəlik ve səmimiyyət duyulan bu rəssamın əsərlərinin çoxunda torpaq həsrəti hiss olunur. “Mən özümü uça-uçaYetirəydim tez Ağdama.Sürünəydim dizin-dizin,O məscidin qabağına.Sonra Şuşa qalasındaMən dönəydim bir qartala.Qanad açıb boylanaydımHəsrət dolu Qarabağa.Rəsmlərin arasındaUyumuşam əldə fırça.Yuxuda yox, kaş, aşkardaQarabağa bir yol aça...”Rəssamın “Ağdamda son gecə”, “Kəlbəcərə gedən yol” və “Qarabağ atları” əsərləri onun vətənpərvərliyinin bir təsdiqi olmaqla yanaşı görənləri də dərin düşüncəyə çağırır. Qarabağın azad ediləcəyinə olan inamını bir an belə itirməyən Əsgər Məmmədov gələn il qeyd edəcəyi 70 illik yubileyində Moskvada Qarabağa həsr olunmuş böyük rəsm sərgisi açmağı planlaşdırır. //Anspress
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb