Estonlardan nümunə götürməli olduğumuz 17 səbəb - KÖŞƏ

20:12 | 10.03.2015
Estonlardan nümunə götürməli olduğumuz 17 səbəb - KÖŞƏ

Estonlardan nümunə götürməli olduğumuz 17 səbəb - KÖŞƏ

Azərbaycan və Estoniya eyni tarixi dönəmdə müstəqillik qazanıblar, amma onların inkişafı tamamilə fərqli istiqamətlərə yönəlib.  Bakı əsas diqqəti enerji resurslarının inkişafına ayırıb. Eyni təbii resurslara sahib olmayan Estoniya isə başqa sahədə bəxtini axtarmağa başlayıb.

Nəticədə bu ölkə "Skype”-ın  və  digər internet texnologiyasının yaradılması, təhsil səviyyəsinin yüksəlməsi və nəticədə dünya üzrə ilk onluğa daxil ola bilməsi, eləcə də tibbi, turizmi ilə məşhurlaşıb.

Altı gün Estoniyada olduğum müddətdə məni ən çox heyrətə salan və mənim öz ölkəmdə görmək istədiyim məqamlara diqqət çəkmək istəyirəm:
 
1. Estoniyanın paytaxtı Tallin şəhərində ictimai nəqliyyat pulsuzdur. Amma ölkənin başqa regionlarından, şəhərlərindən və eləcə də xaricdən gələnlər pul ödəməlidir.
 
2. Estonlar öz hökümət strukturları ilə internet - şəxsi  İD (kimlik) kartları və kabinetləri - üzərindən əlaqə qurur. Stoldan durmadan onlar sənədləri istəyə, notariusda onu təsdiq edə, şirkətləri qeydiyyata ala və s. başqa fəaliyyəti həyata keçirə bilərlər.
 
Estonlar zarafatla bildirirlər ki, onlar evlilik və boşanmadan başqa digər sənəd işlərinin hamısını internet üzərindən edə bilirlər.

3. Hər bir eston ailəsinin şəxsi həkimi var. O, həmin ailəni müalicə edir və eyni anda uşaqların inkişafına diqqət yetirir. Hər hansısa genetik yolla gələ biləcək xəstəliklər baxımından bu yanaşmanı uyğun sayıram.

Həkimə müraciət edərkən xəstə özü ilə tibbi kağız daşımır. Xəstənin bütün xəstəlikləri, diaqnozları xüsusi virtual tibbi katada yerləşir. Resept də ora yazılır. Aptekə daxil olan eston ID sənədini təqdim edir və əczaçı, həkim tərəfindən yazılmış dərmanları təqdim edir.

Hər bir estoniyalı öz tibbi kartasındakı məlumata çıxışını başqalarını üçün bağlaya bilər. Əks halda lizensiyası olan bütün həkimlərin və klinikaların, araşdırma aparan qurumların həmin kartaya  çıxış imkanı olur. Bununla belə, hər bir vətəndaş onun kartasına baxmış şəxslərin kimliklərini, baxılma vaxtını və hansı hissələrə baxıldığını müəyyən edə bilir. Əgər eston müəyyən etsə ki, (məsələn onun kartına tanımadığı həkim baxıb) o zaman onun həmin həkimlə bağlı şkayət vermək hüququ var. Həmin anda araşdırma aparılır və araşdırmanın nəticəsindən asılı olaraq həkimin lisenziyası ləğv edilə bilər.
 
4. Artıq qeyd edildiyi kimi, hər bir eston seçkilərdə internet üzərindən səs verə bilər. Elektron səsvermə, birbaşa səs vermə gününə bir neçə gün qalmış başlayır. Məsələn, "A” namizədinə səs vermiş şəxs debatlara baxdıqdan sonra başqa namizədə simpatiya duymağa başlayırsa, qərarını dəyişib "B” namizədinə səs verə bilər.

Dəqiq işlənilmiş sistem bütün növ elektron sındırılmadan siğortalanıb.
 
Yeri gəlmişkən, estonyalı IT mütəxəssləri əminliklə bildirirlər ki, əgər Edvard Snouden onların ölkələrinin məlumatını ötürməyə çalışsaydı, o Estoniyanı tərk edənə kimi yeri müəyyən ediləcəkdi.
 
5. Estoniyada mobil maşın dayanacaqları var. Hesab edirəm, bu sistemi Bakıda işə salmaq olar. Hər bir şəxs maşını dayanacaqda saxladıqdan sonra - əgər yaxınlıqda dayanacaq üçün ödəniş terminalı yoxdursa - telefon vasitəsi ilə dayanacağın pulun ödəyə və maşının evekuator vasitəsi ilə aparılmayacağına əmin ola bilər.
 
6. Maraqlı rəqəmlər: 25 faiz eston üçün İnternet-televiziyası, ənənəvi televiziyanı əvəz edib. Bu rəqəmlər daha da artacaq.
 
7. Estonyalı məmurlar ünisiyyətə açıq və rahatdır. Onlar vətəndaşa qulluq etdiklərinin dəqiq fərqindədirlər. Bununla belə, baş verə biləcək hər hansı neqativ məqamları aradan qaldırmaq üçün estonyalı məmurların orta aylıq əmək haqqı əhalinin orta gəlirindən yüksəkdir.

8. Estoniyalı hakimlər orta gəlirdən dörd dəfə daha çox maaş alır. Korrupsiyada və ya digər ilkin rüşvət anlaşmasında adı hallanan hakim, araşdırma aparılana kimi hakimlikdən uzaqlaşdırılır. Əgər hakimin (və ya istənilən məmurun) günahı sübuta yetirilərsə, onu həbs gözləyir. Həmin həbsdən sonra isə o insanın dövlət orqanlarında və ya digər sahələrdə iş tapmaq imkanı çox azalır.
 
9. Estoniyada rusların və rus dillilərin sayı çoxdur. Bu səbəbdən onların öz radio stansiyaları var. Estoniya höküməti, onun rus dilli əhalisinin rus kanallarına baxdığını və propaqandaya məruz qaldığını  başa düşdüyü üçün rus dilində dövlət kanalının açılması haqqında düzgün bir qərar verib.

10. Eston höküməti istər öz vətəndaşlarından, istərsə də xarici vətəndaşlardan gələcək istənilən sağlam təklifə açıqdırlar. Estoniya və Azərbaycan arasında hansısa sahədə ticarət əlaqələrinin qurulması ilə bağlı təklif verdikdə, onlar bunu dərhal qeyd etdilər. Bu isə bizi xoş mənada təəccübləndirdi.  
 
11. Estoniya polisi çox dəqiq işləyir. Siz yollarda polis maşınını görməyəcəksiz, amma əvəzində onlar sizin maşınınızın nömrəsiz vasitəsi ilə harda olduğunuzu dərhal müəyyən edə bilirlər. Bir adamın evdən maşını ilə çıxarkən saxlanılması ilə bağlı bir hekayə danışdılar. Maşının nömrəsi vasitəsi ilə maşının texniki baxışı, sığortası və s. haqqında məlumata giriş etdikdən sonra yaxınlıqda yerləşən polislər həmin adamın dünən öz ad gününü qeyd etdiyini müəyyən ediblər. Deməli, çox böyük ehtimal o dünən içki içib və maşına oturub. Heç bir söz demədən, adamı spirtli içki testindən keçiriblər və onu evə geri dönməsi üçün azad ediblər.  

90-cı ildə polisə olan etibar 18-20 faiz idisə, bu gün həmin rəqəm 85 faiz təşkil edir. Biz bu rəqəmi yalnız xəyal edə bilərik.
 
Estoniya polisinin məqsədi vətəndaşını cəzalandırmaq deyil. Onlar vətəndaşı başa salmağa, ona izah etməyə və sağlam məsləhətlər verməyə  çalışırlar.

12. Estonlarla ünsiyyətdə ilk nəzərə çarpan keyfiyyət düzgünlükdür. Onlar hətta başqalarının gizlətməyə çalışdığı məsələləri də, sizinlə rahatlıqla bölüşür. Bu mənada, məsələn, taksi sürücülərinin sizi fırıldaq kolleqalarından ehtiyat etməklə bağlı məsləhətləri diqqət çəkir.

13. Eston televiziyası mövcud olduğu müddətdə yüzə yaxın film çəkib. Kino və media ilə bağlı Baltik məktəbi hazırda bu filmləri rəqəmsallaşdırır. Bunun vasitəsi ilə eston məktəblilər onu yükləyə biləcəklər.

14. Baltikyanı ölkələr arasında ən böyük IT xidmət şirkəti olan "Nortal” etiraf edir ki, Estoniya  IT sahəsini inkişaf etdirərəkən çoxlu sayda səhvlər edib. Amma daha sonra bildirir ki, bu səhvlər olmasa idi, indiki müsbət nəticələrə də çata bilməzdilər. Cəhd edib səhv etməkdən qorxmayanlar uğura daha yaxın olurlar. Onu da qeyd edim ki, estonlar Azərbaycanın ASAN-ın simasında elektron hökümətin yaradılması sahəsində düzgün yolda olduqlarını bildirdilər.
 
15. Estonlar bahalı telefonların və nömrələrin xəstəliyinə tutulmayıblar. İçində internet, SMS və normal miqdarda danışıq dəqiqəsi olan kart 1 Avrodur. İçində sim kartı olan kifayət qədər müasir telefonu isə 15 Avroya almaq mümkündür.

16. Eston məmurlar, böhran zamanlarında büdcənin xərclərinin azaldılmasını məsləhət bilirlər. Böhrandan yaxa qurtarmaq üçün - şok effekti yaratsa da -  ixtisarlara gedilməsini ən ağıllı yol sayırlar.
 
17. Estonlar sözün dəyərin bildiklərindən boş-boş danışmır və insanlar arasında mənfi hisslərini biruzə vermirlər. Razılaşaq ki, bu keffiyyətin bir qisminin bizdə olması heç də pis olmazdı. Buradan da məhz sterotiplər yaranır. Estonların soyuq olması ilə bağlı yaranmış sterotip tamamilə yanlışdır və istisna hallar kimi müasir estonlara heç bir aydiyyatı yoxdur.

P.S Estoniya ilə bağlı yazılmış səfər proqramı dəqiqiliklə icra edildi. Maraqlı məqam budur ki, bizim proqramızda  Estoniyanın Azərbaycan əsilli keçmiş deputatı olan Eldar Əfəndiyevlə görüş var idi, amma məhz bu görüş baş tutmadı.

 

Həmid Həmidov
ANN.Az

 
 
 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM