Evakuator yol hərəkəti qaydalarını belə pozur - VİDEO

21:48 | 16.06.2016
Evakuator yol hərəkəti qaydalarını belə pozur - VİDEO

Evakuator yol hərəkəti qaydalarını belə pozur - VİDEO

Evakuator yedəyində 4 motosklet və onların sürücü və sərnişinlərdən ibarət 5 nəfəri aparır

Yüksək sürətlə hərəkət edən evakuatorun yedəyində 4 motosklet və onların sürücü və sərnişinlərdən ibarət 5 nəfər var.

Bu durumu Bakıda aeroport şossesində olan sürücülərdən biri mobil telefonla çəkib.

Heç bir təhlükəsizlik qaydasına əməl etməyən sürücü yedəyə aldığı motoskletlərlə yanaşı sürücüləri də aparır. Görüntü yol hərəkəti qaydasına açıq aydın ziddir. Məsələ yenidən evakuatorların təhlükəsizlik qaydasını gündəmə gətirir.

''Yol hərəkəti haqqında” qanunun 56-cı maddəsində daşınma qaydaları açıq şəkildə qeyd olunub. 

Ekspert Ərşad Hüseynov da sürücünün bu qaydada sərnişin aparmasını kobud qayda pozdutusu olduğunu deyir.

Qəza işıqlarını yandıraraq hərəkətinə davam edən sürücü təxminən 15-20 kilometr gedir.

"Xəzər Xəbər” mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb