Evlənmək istəyənlərin müayinəsi ilə bağlı yeni təklif

14:44 | 22.01.2018
Evlənmək istəyənlərin müayinəsi ilə bağlı yeni təklif

Evlənmək istəyənlərin müayinəsi ilə bağlı yeni təklif

Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Musa Quliyev hepatit B və C qrupları üzrə xəstəliklərin icbari tibbi müayinə paketinə daxil edilməsini təklif edib.

AzVision.az-ın məlumatına görə, komitənin bu gün keçirilən iclasında M.Quliyev deyib ki, bunun üçün Ailə Məcəlləsinə müvafiq əlavə və dəyişiklik edilməli, həmçinin müvafiq dövlət qurumları, o cümlədən Milli Məclis bu məsələni müzakirə etməlidir.

Deputat hesab edir ki, ailə həyatı quran şəxslərdə hepatit virusunun olub-olmamasını müəyyən edilməlidir.

Qeyd edək ki, hazırda nikaha daxil olmaq istəyən şəxslərin hər biri Talassemiya, QİÇS və sifilisə görə tibbi müayinədən keçir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM