Çexiya prezidenti: "Türkiyə Avropa İttifaqına qəbul edilməməlidir"

12:12 | 10.12.2015
Çexiya prezidenti:

Çexiya prezidenti: "Türkiyə Avropa İttifaqına qəbul edilməməlidir"

"Türkiyə NATO üzvü olsa da, İŞİD-in müttəfiqi kimi hərəkət edir”.
APA-nın "Milliyyet”ə istinadən verdiyi xəbərə görə, bunu Çexiya prezidenti Miloş Zeman ölkənin şimalında seçicilərlə görüşü zamanı deyib.
 
Türkiyənin Avropa İttifaqına qəbul edilməməsinin vacibliyini vurğulayan M. Zeman Brüsselin Ankaraya 3 milyard avro yardım ayırmasını pisləyib.
 
"Eyni dindən olduqları üçün Türkiyənin suriyalı qaçqınları təmin etmək imkanı var”, - deyə Çexiya prezident qeyd edib.
 
Sonda M. Zeman dediklərinə görə Türkiyə səfirindən etiraz notası gözlədiyini də diqqətə çatdırıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM