Fabio Koentrao daha 5 il "Real"da

19:49 | 05.06.2014
Fabio Koentrao daha 5 il "Real"da

Fabio Koentrao daha 5 il "Real"da

"Real" (Madrid) klubunun müdafiəçisi Fabio Koentrao komandadan gedəcəyi ilə bağlı yayılan xəbərlərə son qoyub.Qol.Az-ın "Marca" qəzetinə istinadən verdiyi məlumata görə, portuqaliyalı futbolçu Madrid klubu ilə müqaviləsini yeniləyib.26 yaşlı futbolçu "Real"la 5 illik müqavilə imzalayıb. Portuqaliya millisinin üzvü qarşıdakı hər ilinə 4 milyon avro qazanacaq.Qeyd edək ki, Koentrao ilə "Yuventus", "Milan" və "Mançester Yunayted" klubları yaxından maraqlansa da, futbolçu "Real"da qalmağa üstünlük verib. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM