Facebook Messenger-dən imtina edir

19:03 | 26.11.2014
Facebook Messenger-dən imtina edir

Facebook Messenger-dən imtina edir

Facebook sosial şəbəkəsi Messenger-dən imtina edəcək.ANN.Az ANS PRESS-ə istinadən xəbər verir ki, sosial şəbəkə istifadəçilərdən gələn şikayətləri nəzərə alıb. Facebook mobil tətbiqdən ayırdığı Messenger-i təkrar tətbiqin içinə daxil etməyi planlaşdırır.Messenger rahat bir tətbiq olsa da dəyişiklik bir çox istifadəçi üçün çətinlik yaradır. Əgər texniki göstəriciləri yüksək olan yeni bir telefon və ya planşet sahibsinizsə Facebook Messenger cihasınızda problemsiz çalışacaq. Ancaq göstəriciləri zəif olan mobil cihazlarda mesajlaşmaq üçün Facebook-dan başqa əlavə tətbiq quraşdırılması problem yaradır.Facebook nəhayət istifadəçilərin şikayətlərinə qulaq verib. Sosial media nəhəngi edəcəyi son dəyişikliklə Facebook Messengeri yenidən mobil tətbiqinə daxil edəcək. Yəni, şirkət istifadəçilərə Facebook tətbiqi vasitəsi ilə mesajlaşmağa imkan yaradacaq.Yeni dəyişikliyin yaxın bir zamanda tətbiq ediləcəyi gözlənilir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb