Facebook Messenger-ə yeni xidmət əlavə edildi

17:38 | 15.07.2016
Facebook Messenger-ə yeni xidmət əlavə edildi

Facebook Messenger-ə yeni xidmət əlavə edildi

Şirkət uzun müddətdir təqdim etdiyi Instant Articles-ı Messenger platformasına gətirir.

Instant Articles ilə istifadəçilər Facebook-da daxil olduqları linklər üzərindən( xüsusilə xəbər) orijinal  adresə gedib yüklənməsini gözləmək əvəzinə tətbiq daxilində linkdən məlumatı oxuya bilir.

Beləliklə, istifadəçilər istədikləri hər hansı linkdəki məlumatları çox rahat və sürətli çata bilir.

Bu barədə ANN.Az Xeberler.az-a istinadən xəbər verir. 

Media qurumları ilə  əməkdaşlıq edən Facebook eyni zamanda həmin qurumlara da pul qazandırır.Şirkət indi də bu xidməti Messenger-ə gətirir.

Bundan sonra Facebook Messenger üzərindən bir link yolladığınızda Instant Articles-ı dəstəkləyirsə sürətli formada həmin məlumata çata biləcəksiniz.

Android  üçün bu gün istifadəyə təqdim edilən xidmət  gələcək iOS platformasına da gələcək.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM