“Facebook”dan pulsuz internet layihəsi

16:31 | 08.10.2016
“Facebook”dan pulsuz internet layihəsi

“Facebook”dan pulsuz internet layihəsi

"Facebook” milyonlarla ABŞ vətəndaşını pulsuz internetlə təmin etmək üçün Ağ Evlə danışıqlar aparır.
 
İKT.lent.az-ın "The Washington Post”a istinadən verdiyi məlumata görə, "Facebook” istifadəçilərin pulsuz mobil əlavə ilə müəyyən saytlara daxil olmasını təmin edən "Free Basics” xidmətini ABŞ-da tətbiq etmək üçün çalışmalara başlayıb.
 
2014-cü ildə başlayan və Asiya, Afrika, Cənubi Amerikanın 36 ölkəsində tətbiq olunan proqramla internetə çıxışı olmayan bölgələri internetlə təmin etmək məqsədi güdülür. ABŞ hökuməti ilə müzakirə aparan "Facebook” digər tərəfdən də proqramın inteqrasiyası üçün kiçik, regional operatorlarla danışıqlar aparır. Xüsusən ABŞ-ın ucqarlarında interneti olmayan və ya zəif olan zonalar sürətli internetlə təmin ediləcək.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb