Fazil Məmmədovun həkimi danışdı: eks-nazir Amerikadadır

13:34 | 28.06.2018
Fazil Məmmədovun həkimi danışdı: eks-nazir Amerikadadır

Fazil Məmmədovun həkimi danışdı: eks-nazir Amerikadadır

Eks-vergilər naziri Fazil Məmmədovun səhhətinin ağırlaşdığı və təcili Türkiyəyə aparıldığına dair məlumatlar yayılıb.

Anews.az xəbər verir ki, yaxın çevrəsindən modern.az-a verilən məlumata görə, F.Məmmədov qaraciyərində yaranmış narahatlıqla bağlı uzun müddət Gəncədə klinikalardan birində müalicə alırmış.

Eks-nazirin Türkiyəyə aparılması məlumatlarını dəqiqləşdirmək üçün Modern.az-ın əməkdaşı uzun müddət F.Məmmədovu müalicə edən Türkiyədəki Ankara hospitalın həkimi Süleyman Dinçerlə (daxili xəstəliklər və hemotoloji uzman) əlaqə saxlayıb.

S.Dinçer Fazil Məmmədovun onun xəstəsi olduğunu təsdiqləyib:

"Fazil bəy hər ay müayinə üçün mənim yanıma gəlib, amma kəskin bir narahatlığı yox idi. Normal, sağlıqlı bir insandır. Müayinələrdə nə ürək problemi, nə də qaraciyər problemi müəyyən olunmuşdu".

S.Dinçer Fazil Məmmədovun hazırda Amerikada olduğunu və orada müalicə aldığını vurğulayıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb