Fərhad Əliyevə yenidən vəzifə verilib - İDDİA

21:58 | 05.10.2017
Fərhad Əliyevə yenidən vəzifə verilib - İDDİA

Fərhad Əliyevə yenidən vəzifə verilib - İDDİA

Azərbaycanın sabiq iqtidasi inkişaf naziri Fərhad Əliyev müxtəlif istehsalat sahələri üzrə ixtisaslaşmış nəhəng zavodlar kompleksi sayılan Sumqayıt Texnologiyalar Parkının (STB) rəhbərliyinə gətirilib.

"Qaynarinfo" xəbər verir ki, Fərhad Əliyev STB-də görülməsi nəzərdə tutulan bütün işləri tezliklə başa çatdırmağı öz üzərinə götürüb. 
Digər məlumata görə, bu ilin martında Sumqayıt Texnologiyalar Parkının rəhbərliyində edilən kadr dəyişikliyi də Fərhad Əliyevin istəyi ilə olub.

Bu dəyişiklikdən sonra Fərhad Əliyevin "adamı” kimi tanınan Emin Məmmədov "Sumqayıt Texnologiyalar Parkı” MMC-yə icraçı direktor təyin edilib. 
"Sumqayıt Texnologiyalar Parkı” MMC-dən verilən məlumata görə, hazırda sözügedən şirkətdə işlər daha da sürətlənib. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb