Fernandu Santuş ilin məşqçisi seçildi

20:54 | 27.12.2016
Fernandu Santuş ilin məşqçisi seçildi

Fernandu Santuş ilin məşqçisi seçildi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2016-cı ilin ən yaxşı milli komanda məşqçilərinin adlarını açıqlayıb.

Qol.az-ın qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, 56 ölkədən olan jurnalist və idman mütəxəssislərinin iştirak etdiyi sorğunun nəticəsinə əsasən, Portuqaliya millisinin baş məşqçisi Fernandu Santuş 1-ci olub. Komandası ilə "Avro-2016"nın qalibi olan Santuş 199 xal toplayıb. Lars Laqerbek (İslandiya) 2-ci, Yoahim Löv (Almaniya) 3-cü olub.

İFFHS-in versiyasına görə, 2016-cı ilin ən yaxşı milli komanda məşqçiləri aşağıda adları qeyd olunanlardır:

1. Fernandu Santuş (Portuqaliya) – 199 xal
2. Lars Laqerbek (İslandiya) – 71 xal
3. Yoahim Löv (Almaniya) – 62 xal
4. Kris Koulman (Uels) – 61 xal
5. Didye Deşam (Fransa) – 52 xal
6. Antonio Konte (İtaliya) – 17 xal
7. Ante Çaçiç (Xorvatiya) – 8 xal
8-9. Tite (Braziliya) - 3 xal
8-9. Mark Vilmots (Belçika) – 3 xal
10-11-12. Bernd Ştork (Macarıstan) - 1 xal
10-11-12. Adam Navalka (Polşa) - 1 xal
10-11-12. Anqelos Postekoqlu (Avstraliya) – 1 xal

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM