Festivalda Azərbaycan ustalarının yaradıcılığı - FOTOLAR

17:21 | 11.06.2014
Festivalda Azərbaycan ustalarının yaradıcılığı - FOTOLAR

Festivalda Azərbaycan ustalarının yaradıcılığı - FOTOLAR

Lyubov Qasımova

Öz əlləriylə dekorativ-tətbiqi incəsənəti dirçəldən ustaların festivallarına gələrkən, muncuqdan hörülmüş qızılgüllər, ağacdan mişarlanmış oyuncaqlar, balıqqulağılardan hazırlanmış şəkillər, naxışlarla bəzənmiş boşqablar və armudu stəkanlar görürsən, bu da xalqın gözəllik haqda təsəvvürlərinin məcmusunu göstərir.

Bu əl işləri bizim həyatımıza sevinc, parlaq rənglər gətirir, gözəllik hissini inkişaf etdirir, sevməyi və öz əllərinlə hazırlanmışı sevməyi öyrədir.

Bu ustalar mənəvi cəhətdən zəngindirlər, incə poetik hisslərə malikdirlər, ətraflarında gördükləri hər şeyə yaradıcı yanaşanlardır. Onlar bir dəridən və muncuq sapından çox gözəl bəzək yarada və ya sapların yumağından məzəli oyuncaq düzəldə bilirlər və ya yarpaqlardan, güllərdən, kağızdan və rəngli lentlərdən çox gözəl panno və ya başa çələngi hörə bilərlər.

Evin yaradıcılığıyla məşğul olanların insanlarının əl işləri nədən hazırlanmır ki. Axı sirr deyil ki, biz özümüzü gözəl rəsmlərlə, bəzəklərlə əhatə etməyi sevirik. Amma əgər sən eksklüziv nəsə istəyirsənsə, onda ya özün nəsə etməlisən, ya da bununla yaşayan insanı tapmalısan. O ağacdan, şüşələrdən, qəhvədən, kağızdan çox gözəl süjetləri yaradacaq və bu onda çox yaxşı alınacaq. Belə insanlarda özünü realizə etmə potensialı böyükdür.

Bu yaradıcı insanları 4-5 may tarixlərində alman-Azərbaycan mədəni dostluq mərkəzi "Kapelhaus"da keçirilən festivalda görmək mümkün idi.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb