Fevralda 3,8 min nəfərdən çox şəxsə pensiya təyin edilib

13:12 | 19.03.2024
Fevralda 3,8 min nəfərdən çox şəxsə pensiya təyin edilib

Fevralda 3,8 min nəfərdən çox şəxsə pensiya təyin edilib

2024-cü ilin fevralında 3,8 mindən çox şəxsə proaktiv qaydada yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyin edilib.  Bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. 
 
Pensiya təyinatı aparılanların 58,8%-i kişi, 41,2% isə qadınlardır. 
 
Cari ilin ilk iki ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 7,9 min şəxsə əlillik təyin olunub. 
 
Yanvarda pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları üzrə əhaliyə ödənilən vəsait 661 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14,7% və ya 84,6 milyon manat çoxdur. 

2024-cü il üzrə pensiyaların maliyyələşdirilməsi üçün "Dövlət Sosial Müdafiə Fondunun 2024-cü il büdcəsi haqqında" Qanunla 6,5 milyard manat vəsait ayrılıb. 
 
2024-cü il yanvarın 1-dən etibarən Prezidentin sərəncamı ilə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq bütün növ əmək pensiyaları indeksləşdirilərək artırılıb.
 
Aygün Mirakif
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM