FIFA 2015-in ən güclüsü seçildi - SİYAHI

12:57 | 08.09.2014
FIFA 2015-in ən güclüsü seçildi - SİYAHI

FIFA 2015-in ən güclüsü seçildi - SİYAHI

FİFA-nın son oyunu olan FIFA 2015-də bəzi detallar açıqlanıb. ANS PRESS-in məlumatına görə, FIFA 2015-in ən güclü futbolçusu Lionel Messi seçilib."Barselona"nın argentinalı super ulduzu Lionel Messi oyunda 93 xalla ən güclü oyunçu kimi göstərilib. Ən güclü ikinci futbolçu kimi isə Kriştiano Ronaldo (92) seçilib. Oyunu hazırlayan prodüserlərin bu seçimi indidən müzakirələrə səbəb olub. Bu siyahı bütün oyunçuların ötən 265 gün ərzində oynadıqları bütün matçlardakı nəticələri əsasında müəyyən olub. Messi və Ronaldonu təqib edən 3-cü futbolçu "Bavariya"nın 1 nömrəli ulduzu Aryen Robbendir. Oyundakı 10 ən yaxşı futbolçunün göstəriciləri belədir:1) Lionel Messi - 93 2) Kriştiano Ronaldo - 92 3) Aryen Robben - 90 4) Zlatan Ibrahimovic - 90 5) Manuel Noyer - 90 6) Andres Iniesta - 89 7) Luis Suarez - 89 8) Bastian Şvanşteyger - 88 9) Frank Riberi - 88 10) Eden Hazard - 88ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb