FİFA prezidentindən Azərbaycana başsağlığı

12:24 | 04.08.2014
FİFA prezidentindən Azərbaycana başsağlığı

FİFA prezidentindən Azərbaycana başsağlığı

Futbol veteranı, AFFA-nın İcraiyyə Komitəsinin üzvü Ələkbər Məmmədovun vəfatı ilə bağlı AFFA-ya beynəlxalq futbol qurumları tərəfindən başsağlığı məktubları daxil olur.ANN.Az AFFA-ya istinadən xəbər verir ki, FİFA-nın prezidenti Yozef Blatterin və UEFA-nın prezidenti Mişel Platininin adından, həmçinin Türkiyə Futbol Federasiyası, Rusiya Futbol İttifaqı, Rusiya Premyer Liqası, Almaniya Futbol İttifaqı, Qazaxıstan Futbol Federasiyası və Gürcüstan Futbol Federasiyası tərəfindən AFFA-ya başsağlığı verilib.Qeyd edək ki,  futbol veteranı bu gün son mənzilə yola salınacaq. Mərhumla vida mərasimi bu gün saat 13.00-dan 15.00-dək Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının akt zalında keçiriləcək.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb