FİFA təşvişə düşdü: DÇ təhlükədə

21:20 | 15.03.2018
FİFA təşvişə düşdü: DÇ təhlükədə

FİFA təşvişə düşdü: DÇ təhlükədə

FİFA İngiltərə millisinin Rusiyada keçiriləcək 2018-ci il dünya çempionatına qatılmamaq ehtimalının yaranmasına görə təşviş içindədir.

Axar.az xəbər verir ki, İspaniya mətbuatı Sergey Skripal və qızının zəhərlənməsinin İngiltərənin mundialda iştirak etməmə ehtimalını reallığa çevirdiyini yazıb.

Məlumata görə, FİFA rəhbəri Cani İnfantino və onun köməkçiləri gərginləşən vəziyyət qarşısında təşvişə düşsə də, ictimaiyyətə süni sakitlik nümayiş etdirməyə çalışır.

"FIFA dünya kubokunun boykot edilməsi çağırışlarının ortaya çıxması ilə əlaqədar təşviş içindədir. Qurum rəsmi olaraq sakitliyini qoruyub saxlayır. Eyni zamanda FİFA-nın yüksəkçinli əməkdaşları Skripalın zəhərlənməsindən sonra gərginliyin kritik həddə çatdığının fərqindədir. Gərginliyin azalacağına dair heç bir əlamət yoxdur. Hər şeyin daha da pisləşəcəyi görünür. Bu isə 2018-ci il dünya çempionatını təhlükə altında qoyur”, - ispan mətbuatı yazıb.

Qeyd edək ki, Böyük Britaniyanın mundialı boykot çağırışını ABŞ da dəstəkləyib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb