Fikrət Yusifov: Mövcud iqtisadi duruma qara yaxanlara...

13:45 | 21.07.2016
Fikrət Yusifov: Mövcud iqtisadi duruma qara yaxanlara...

Fikrət Yusifov: Mövcud iqtisadi duruma qara yaxanlara...

Cari ilin iyul ayının 10-da 2016-cı ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirədə Prezident İlham Əliyevin  mıvcud iqtisadi durumla bağlı səsləndirdiyi fikirlərə "Azadlıq” qəzetində iki siyasinin 6 gün fərqlə dərc olunmuş açıqlamalarını oxudum. Öncə deyim ki, hər iki yazı məzmunca eynidir, iqtisadiyyatla bağlı rəqəmlər isə olduğu kimi bir birini təkrarlayır. Oxuyub düşünürsən – kimləri  aldatmağa hesablanıb bu "açıqlamalar”? Mübağiləsiz deyə bilərəm ki, hər iki siyasinin Azərbaycan iqtisadiyyatının mıvcud durumu barəsində səsləndirdikləri fikirlər iftiradır və onların çirkin siyasi məqsədlərinə xidmət edir.
 
"Görkəmli iqtisadçı” roluna girib "rəqəmlərin dili ilə” iqtisadiyyatın çökdüyünü "sübut etməyə” can atan bu adamlar bilməli idilər ki, onlara elə rəqəmlərin dili ilə də cavab verilə bilər. İqtisadiyyatla bağlı səslənən hər bir fikir, hər bir rəqəm ən azından iqtisadi məntiqə söykənməlidir. Reallıqları bu qədər eybəcər bir formada təhrif edib, orta statistik vətəndaşı aldatmağa can atanların əsil məqsədi təbii ki, tamamilə başqadır. Ölkə iqtisadiyyatının ağır durumda olduğunu sübut etmək üçün dəridən-qabıqdan çıxan müəlliflərdən biri çıxışının sonunu - "Biz elə dəhşətli problemlə üz-üzə qalmışıq ki, buradan çıxış böyük xalq hərəkatı ilə olacaq”, kimi siyasi çağrışlarla yekunlaşdırır. Siyasət meydanında illərlədir aciz qalıb, adi bir mitinqə min adamı belə toplamağı bacarmayan bu siyasi oyunbazlar, indi də dünyada baş vermiş və təbii ki, Azərbaycana da müəyyən qədər tsir göstərə bilmiş iqtisadi böhrandan öz çirkin məqsədləri üçün istifadə etmək istəyirlər.

"Ümumi Daxili Məhsul (ÜDM) 75 milyard dollardan 52 milyard dollara düşdü – 23 milyard dollar və ya 29 faiz azaldı. 75 milyard dollardan ilin axırına 32-35 milyard olsa, böyük şeydir. Təsəvvür edirsiz kiçilmənin həddini?” – deyib bağıran siyasi oyunbazlar bilməlidir ki, belə pafoslu çıxışlarla xalqı aldatmaq zamanı çoxdan arxada qalıb. Azərbaycan iqtisadiyyatının real durumunu həyasızcasına təhrif edən bu savadsız mülahizələrə rəqəmlərin və iqtisadi məntiqin dili ilə cavab veririk.

Öncə onu bilmək lazımdır ki, Ümumi Daxili Məhsul müəyyən müddət ərzində ölkə daxilində istehsal olunan bütün son əmtəə və xidmətlərin bazar qiymətidir və hər bir ölkənin daxilində yaradılan bu yeni dəyərin uçotu həmən ölkənin milli valyutası ilə aparılır. Onun milli valyutanın mövcud məzənnəsi ilə xarici valyutada - ABŞ dolları ilə ifadə edilməsi isə heç bir əhəmiyyət kəsb etmir və bu göstərici yalnız beynəlxalq statistikada istifadə olunur. Milli valyutanın məzənnəsinin xarici valyutaya nisbətdə aşağı düşməsi, ölkədə istehsal olunan Ümumi Daxili Məhsulun həcminin azalması demək ola bilməz! Bunu belə izah etmək sadəcə savadsızlıqdır! Azərbaycanda 2013-cü ildə 57,7 milyard, 2014-cü ildə 59,0 milyard, 2015-ci ildə isə 54,4 milyard manatlıq Ümumi Daxili Məhsul istehsal olunub. 2014-cü illə müqaisədə 2015-ci ildə ÜDM 4,6 milyard manat azalıb ki, buda dünya bazarlarında neftin qiymətlərinin kəskin şəkildə aşağı düşməsi səbəbindən baş verib. Ümumi Daxili Məhsulun xarici valyutada – ABŞ dolları ilə ifadədə azalmasından faciə düzəldənlərə bildirirəm ki, ÜDM-un real qiyməti beynəlxalq təcürbədə Alıcılıq Qabiliyyəti Poriteti əsasında müəyyən olunur. Bu nə deməkdir? Əgər Azərbaycanda 2015-ci ildə yardılan ÜDM ABŞ-da bazara təklif olunsaydı, onda onun real dəyəri 169 milyard dollara bərabər olardı. Yəni bizim 2015-ci il üçün yaratdığımız 54,4 milyard manatlıq ÜDM-un  ABŞ bazarında 169 milyard dollar qiyməti var. Bax beynəlxalq statistikada ÜDM qiymət verilərkən əsas götürülən metodika bundan ibarətdir bəylər! Sizə Azərbaycan iqtisadiyyatının mıvcud durumunu dəyərləndirməkdə kömək edən iqtisadçı müəllimlərinizə gərək idi ki, bunları da sizə anladaydılar. Onda bəlkə iqtisadiyyatla bağlı belə savadsız mülahizələrdən bir qədər çəkinərdiniz.

Prezident İlham Əliyev son müşavirədə ilin sonuna qədər iqtisadiyyatda pozitiv nəticələrin əldə olunacağını əminliklə dedi. Bilirsinizmi İlham Əliyevin bu qədər optimist olmasının kökündə nə dayanır? Bu əminliyin kökündə ilk öncə onun rəhbərliyi altında son 10-12  il ərzində ölkənin sosial-iqtisadi həyatında əldə olunan naliyyətlər və post–neft dövrünündə aparılan sürətli iqtisadi islahatlar  dayanır. Bu nailiyyətləri təkrar sadalamaq fikrində deyiləm. Onları Azərbaycanın regionun ən qüdrətli dövlətinə çevrildiyini təsdiq edən beynəlxalq qurumlar artıq dəfələrlə səsləndiriblər. Bəs sizlər nəyə əminsiniz? İnsanları aldatmaqla bəlkə nəyəsə nail olmaq cəhdlərinizəmi? Başa düşün ki, artıq zaman dəyişib, insanlar ağı qaradan çox yaxşı seçirlər, indi onları aldatmaq sadəcə mümkün deyil. Mümkün olsaydı son illərdə heç olmasa bircə dəfə onları aldadıb öz mitinqlərnizə apara bilərdiniz.

 Son 10 ildən artıq bir vaxt ərzində görülən işlərə kölgə salmağa cəhd edirsiniz. İlham Əliyev 2003-cü ilin sonunda bu hakimiyyətin başına gəldi. Onun bu illər ərzində Azərbaycan iqtisadiyyatı, azərbaycan insanının sosial həyatı üçün gördüyü işlərin miqyasına bir də baxın və yalnız bundan sonra "rəqəmlərin dili ilə” danışmaq barədə düşünün. Bircə misal kifayətdir ki, sizin qərəzinizin kürəyi yerə vurulsun!  Azərbaycanda cəmisi 5000 məktəb var və İlham Əliyev hakimiyyətə gələndən sonra onlardan 60%-i, yəni 3000-ni yenidən tikdildi. Bu orta hesabla bir ildə 300 məktəb deməkdir! Ancaq zamnilə cəbhə hakimiyyətinin başında oturmuş və bu gün Hıkumətə "iqtisadiyyat dərsi” keçmək istəyən deletantlar hakimiyyətdə olduqları bir il  ərzində bir məktəbdə 3 sinifi belə təmir etdirə bilmədilər! Gəlişi gözəl sözlərlə - iqtisadiyyat çökür-  deyib bağıranda belə müqaisələrə də varın bunun sizə faydası olar. Bir də ki düşünün, dediyiniz bu yalanlara özünüzdən başqa  kimsəni inandıra biləcəyinizə heç olmasa özünüz inanırsınızmı?  

Fikrət Yusifov - iqtisad elmləri doktoru, professor



www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb