Filarmoniyada klassik musiqi konserti - REPORTAJ

18:11 | 14.03.2016
Filarmoniyada klassik musiqi konserti - REPORTAJ

Filarmoniyada klassik musiqi konserti - REPORTAJ

Rüstəm Qasımov

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası ənənəvi olaraq şəhərimizin sakinlərini və qonaqlarını möhtəşəm konsertlərlə sevindirir. Bir neçə gün əvvəl də belə gözəl konsertlərdən biri baş tutdu. 

Bu dəfə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik orkestrini İstanbul Opera və balet teatrıın baş drijoru, Azərbaycanın əməkdar incəsənət xadimi, maestro Elşad Bağırov idarə edirdi.

Konsert proqramı əfsanəvi Asvtriya bəstəkarı Volfqanq Amadey Motsartın "Orkestr üçün üç saatlıq divertisment" adlı əsəriylə başladı. Bu hissə başa çatandan sonra isə səhnəyə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının direktoru, Azərbaycanın xalq artisti Murad Adıgözəlzadə çıxdı, birinci skripkayla əl verib görüşdükdən sonra, o, piano arxasında öz yerini tutdu. Bu gecədə pianoçu görkəmli bəstəkar Yozef Haydnın "Orkestrlə birgə fortepiano üçün Re major" adlı əsərini ifa etdi. 

Bundan sonrakı 15 dəqiqəlik fasilədən sonra səhnəyə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik orkestri tam heyətlə çıxdı. Musiqi dinləyiciləri sanki hipmoz eləmişdi, xüsusilə çıxışn pik nöqtəsində. 

Gecənin sonuncu əsəri əfsanəvi fransız bəstəkarı Klod Debüssünün "Dəniz" adlı simfonik eskizləri oldu. 

Konsertdə sonunda not çalınıb qurtarılanda, zal alqış səsindən uğuldayırdı. Gecə möhtəşəm konsertlə başa çatdı... 

ANN.Az xəbər portalı paytaxtımızda baş tutan mədəniyyət hadisələrini diqqətdən kənarda qoymur. Bu dəfə oxucularımıza Filarmoniyada baş tutan konsertdən fotoları təqdim edirik. 

Xoş seyrlər: 
 




















www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb