Filip Kirkorov Bakıda konsert verəcək

10:40 | 29.07.2016
Filip Kirkorov Bakıda konsert verəcək

Filip Kirkorov Bakıda konsert verəcək

İyulun 9-u və 10-da Bakıda keçirilən "Jara” Beynəlxalq Musiqi Festivalı ərəfəsində paytaxtımıza təşrif buyuran əcnəbi ulduzlardan biri də Rusiyanın Xalq artisti Filip Kirkorov olmuş, yaxın aylarda Azərbaycanda konsert verəcəyini bildirmişdi.

Oxu.Az xəbər verir ki, nəhayət, konsertin keçirilmə tarixi açıqlanıb.

Rusiyalı məşhur dekabrın 10-da «Я» ("Mən”) adlı konsert turu çərçivəsində "Crystall Hall”da çıxış edəcək.

Bu haqda "Jara” Beynəlxalq Musiqi Festivalının "İnstagram” səhifəsində məlumat verilib.

Biletlər yaxın vaxtlarda satışa çıxarılacaq.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb