​"Fitch": Azərbaycan banklarının problemli kreditləri artacaq

11:52 | 13.04.2016
​

​"Fitch": Azərbaycan banklarının problemli kreditləri artacaq

"Fitch" beynəlxalq reytinq agentliyi post-devalvasiya dövründə Azərbycan bank sektorunu dəyərləndirib.
 
"Report"un "Fitch" agentliyinə istinadən verdiyi xəbərə görə, dünya bazarında neftin qiymətinin kəskin azalması nəticəsində baş verən manatın devalvasiyası Azərbaycan banklarına mənfi təsir edib və onların problemli kreditlərdən yaranan zərəri təmin etməsində çətinlik yaranıb. Agentlik bildirib ki, problemli kreditlərin həcminin daha da artacağı ehtimal edilir.

"Fitch"in ekspertləri hesab edirlər ki, bank sektoru üzrə problemli kreditlərin (90 günü keçən) məcmu kreditlərdə xüsusi çəkisi 2015-ci ilin yekununda 9,5%-ə yüksəlib. Qeyd olunur ki, 2014-ci ilin sonunda bu göstərici 8,3% olub.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb