Foqts baş məşqçi “Qurban Qurbanov olsun” dedi

16:11 | 01.08.2014
Foqts baş məşqçi “Qurban Qurbanov olsun” dedi

Foqts baş məşqçi “Qurban Qurbanov olsun” dedi

“11 azərbaycanlı futbolçu ilə oynamalı olacaq”.

Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts özündən sonra millimizi kimin çalışdıracağı ilə bağlı məsələyə münasibət bildirib.

Foqts azerisport.com saytına verdiyi açıqlamada xələfinin adını açıqlayıb:

“Bu mütəxəssis artıq sabah Azərbaycan yığmasının baş məşqçi postunu qəbul edə bilər. O, taktiki cəhətdən komandasını çox gözəl hazırlayır. Oyunu oxumaq baxımından da çox yaxşıdı.

Bu, Qurban Qurbanovdu. Onun Avstriya “Zalsburq”u ilə oyundakı əvəzləmələri də göstərdi ki, öz işini çox yaxşı bilir. Böyük ehtimalla mən getdikdən sonra yığma komandanı o çalışdıracaq.

O, mənim xələfimdi (gülür). Amma Qurban Qurbanov yığmanın baş məşqçisi olsa, 11 azərbaycanlı futbolçu ilə oynamalı olacaq”.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb