“Formula 1”in Bakı konsertləri ilk dəfə açıq havada keçiriləcək

11:54 | 22.10.2019
“Formula 1”in Bakı konsertləri ilk dəfə açıq havada keçiriləcək

“Formula 1”in Bakı konsertləri ilk dəfə açıq havada keçiriləcək

"Formula 1” Azərbaycan Qran-Prisi ilə bağlı bu il keçiriləcək konsert proqramları ilk dəfə qapalı məkanda keçirilməyəcək.
Oxu.Az xəbər verir ki, bunu Bakı Şəhər Halqası Kommersiya şöbəsinin rəhbəri Bülənt Özərdim deyib:
"Üç günlük konsert proqramımız ilk dəfə açıq havada keçiriləcək”.

Daha sonra o, yeni sponsorla bağlı danışıqlardan bəhs edib:
"SOCAR-la anlaşmamız bir illik idi. Onlarla müqaviləmiz başa çatıb. Sentyabrdan yeni titul sponsoru üçün şirkətlərlə danışıqlara başlamışıq. Builki Qran-Pri üçün sponsorumuz ola da bilər, olmaya da”.
Qeyd edək ki, bundan əvvəl "Formula 1” Azərbaycan Qran-Prisinin konsertləri "Bakı Kristal Holl”da keçirilirdi.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb