Fransa səfirliyində tələbələr üçün qəbul - FOTOLAR

10:25 | 12.08.2016
Fransa səfirliyində tələbələr üçün qəbul - FOTOLAR

Fransa səfirliyində tələbələr üçün qəbul - FOTOLAR

Fransada təhsil almağa gedəcək azərbaycanlı tələbələr üçün qəbul təşkil olunub. Tədbirin təşkilatçısı Fransanın Azərbaycandakı səfirliyidir. 

ANN.Az xəbər verir ki, tədbirdə səfir Aureliya Buşez, ADA Universitetinin rektoru Hafiz Paşayev, Təhsil Nazirliyinin nümayəndələri, Fransada təhsil alacaq 50-yə yaxın tələbə, eləcə də digər qonaqlar iştirak ediblər. 

Səfir Aureliya Buşez Fransa və Azərbaycan arasında olan əlaqələrin çox yüksək səviyyədə olduğunu dilə gətirib: "İki ölkə arasındakı əməkdaşlıq bir çox sahələri əhatə edir. Azərbaycanda Bakı Fransız Liseyi fəaliyyət göstərir. Sentyabrdan Fransa Azərbaycan Universiteti fəaliyyətə başlayacaq. Tələbələr həm Azərbaycan, həm də fransız dillərində təhsil alacaqlar. Fransa təhsil sahəsində Azərbaycana bir sıra yardımlar edir. Fransada təhsil alacaq tələbələrdən 3-ü ADA Universitetinin, 5-i isə Bakı İqtisad Universitetinin tələbələridir". 

ADA Universitetinin rektoru Hafiz Paşayev azərbaycanlı tələbələrin Fransada təhsil almasını iki ölkə arasındakı əlaqələrin inkişafına töhfə kimi qiymətləndirdi. 

Tədbirin sonunda qonaqlar üçün ziyafət təşkil edildi və səfirlə xatirə şəkli çəkildi. 

Orxan Aslanlı
 
Foto müəllif: Rusif Hüseynov
 












www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb