Fransisk siyasi proseslərdən danışmadı - VİDEO

19:36 | 24.09.2015
Fransisk siyasi proseslərdən danışmadı - VİDEO

Fransisk siyasi proseslərdən danışmadı - VİDEO

Roma papası çıxışını daha çox iqlim dəyişikliyinə həsr etdi.

Roma papası Fransiskin Kubadan sonra Amerika Birləşmiş Ştatlarına tarixi səfəri baş tutub.

ANS TV-nin Vaşinqton bürosunun məlumatına görə, hazırda Fransisk Amerika Birləşmiş Ştatlarındadır. Artıq rəsmi görüşlərə start verilib.

İlk olaraq Fransisk Ağ Evdə Amerika Birləşmiş Ştatların prezidenti Barak Obama ilə görüşüb. Görüş başa çatdıqdan sonra Vatikanın başqanı Barak Obamının iştirakı ilə Ağ Evin həyətində onu gözləyən insanların qarşısına çıxdı.

Öncədən də bəyan edilmişdi ki, Roma papası çıxışını daha çox iqlim dəyişikliyinə həsr edəcək. O, çıxışı zamanı dünya liderlərini bu istiqamətdə ciddi addımlar atmağa dəvət etdi.

Təəssüf ki, Roma papası çıxışı zamanı dünyada baş verən siyasi proseslərə toxunmadı. Daha sonra Fransis Ağ Evi tərk edib kilsəyə yola düşüdü. Fransiskin kilsədə dini ayinləri yerinə yetirdikdən sonra, Konqresə gedəcəyi ğözlənilir. O, Konqresin qarşısında onu gözləyən minlərlə insana müraciət edəcək.

Roma papasının Amerika Birləşmiş Ştatlarına səfəri ilə bağlı ölkədə yüksək səviyyədə təhlüküəsizlik tədbirləri görülüb. Ağ Evin ətrafındakı bütün insanlar yoxlanıldıqdan sonra buraxılırlar. 
 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb