Fransua Ollandın qızı aldadıldı

13:57 | 12.09.2016
Fransua Ollandın qızı aldadıldı

Fransua Ollandın qızı aldadıldı

Fransa Prezidenti Fransua Ollandın qızı Flora Olland ev kirayələmək istəyərkən aldadılıb.

Trend-in "HaberTürk” qəzetinə istinadən verdiyi məlumata görə, F.Olland Parisdə ev kirayələmək üçün razılığa gəldiyi insan tərəfindən aldadılıb.

Yeni tədris ili üçün ev axtaran Flora internet vasitəsilə sentyabrın əvvəlində 40 kvadmetrlik və mebeli olan ev tapır. Lakin iki aylıq kirayə haqqı ev sahibinin bank hesabına köçürüldükdən sonra onu tapmaq mümkün olmayıb.

24 yaşlı Flora ev sahibini məhkəməyə verib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM