• $ 1.7
  • € 1.7517
  • ₽ 1.7594
  • ₺ 0.0472
  • £ 2.1013

“Maşındakı 19 əsgərdən 18-i həlak oldu” – Erməni əsgərin atasından sensasion açıqlamalar

“Maşındakı 19 əsgərdən 18-i həlak oldu” – Erməni əsgərin atasından sensasion açıqlamalar
31.12.2020 14:39
Qarabağ müharibəsində həlak olmuş əsgərin atasının prokurorluğa verdiyi şikayət əsasında Ermənistanda N hərbi hissəsinin komandir müavininə cinayət işi açılıb. 
 
"Anews.az” xəbər verir ki, bu haqda Azadlıq Radiosunun erməni xidməti məlumat yayıb. Baş Prokurorluqdan verilən məlumata görə hərbi qulluqçunun atası bildirib ki, hərbi vəziyyət elan olunmasından və oğlunun Qarabağa göndərilməsi barədə xəbər almasından sonra hərbiçiləri dəstəkləmək üçün o da öz avtomobilində cəbhəyə yola düşüb. 
 
Əsgər atası iddia edir ki, komandirin əmri ucbatından oğlu və onun əsgər yoldaşları dron zərbəsinin qurbanı olublar. Ermənistan Baş Prokurorluğundan verilən məlumatda deyilir: "Məlumata görə o, hərbi hissə komandiri müavininin düşmənin zərbə PUA-sının səsinin eşidilməsinə baxmayaraq, maşından çıxan əsgərlərə maşına qayıtmaq və təyinat yerinə hərəkəti davam etdirmək əmrini verməsinin şahidi olub. 
 
Əsgərlər belə də ediblər, lakin heç beş dəqiqə də keçməmiş dron zərbəsi nəticəsində Ural markalı maşın yanıb və məhv olub”. 
 
Məlumatında deyilir ki, maşının yanması nəticəsində 19 əsgərdən 18-i həlak olub. Şikayət edən əsgər atasının da öz avtomobilində yaralandığı xəbər verilir. Bildirilir ki, bu işlə əlaqədar N hərbi hissəsinin komandir müavini podpolkovnik A.V. "hərbi vəziyyətdə ağır nəticıələri olduğu halda səlahiyyətini aşma” maddəsi ilə ittiham olunur. 
 
Elə həmin gün onun həbs olunması barədə vəsatət verilib və Syunik vilayət məhkəməsi vəsatəti təmin edib. Ermənistan Baş Prokurorluğu bildirir ki, müharibə ilə əlaqədar artıq 2000-dək cinayət işi qaldırılıb. Bunların əhəmiyyətli hissəsi fərariliklə bağlıdır. 
Bu da xəbər verilir ki, 5 milyard dollar müqabilində "ərazinin satılması və Şuşanın təhvil verilməsi” iddiaları əsasında da cinayət işləri açılıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Whatsapp-dan yenilik
Function 18:33
Whatsapp-dan yenilik
“WhatsApp”da yenilik
Function 18:18
“WhatsApp”da yenilik
Bu gecə 6 planet eyni zamanda səmada görünəcək
Function 20:43
Bu gecə 6 planet eyni zamanda səmada görünəcək
Maralgöl buz bağlayıb - Video
Function 20:00
Maralgöl buz bağlayıb - Video
Function 21:23
"Meta"nın sosial media platformalarında dəyişiklik ediləcək
Xəzərin Qazaxıstan sahilində batmış gəmi tapılıb
Function 15:14
Xəzərin Qazaxıstan sahilində batmış gəmi tapılıb
Whatsapp-da yeni funksiya
Function 20:21
Whatsapp-da yeni funksiya
Function 20:46
"Whatsapp"da yeni funksiya
WhatsApp-dan yenilik
Function 21:23
WhatsApp-dan yenilik
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol