Yəməndə baş verən partlayışın fəsadlarına dair yeni məlumatlar verilib
![Yəməndə baş verən partlayışın fəsadlarına dair yeni məlumatlar verilib Yəməndə baş verən partlayışın fəsadlarına dair yeni məlumatlar verilib](https://anews.az/photo/850x500/2020-12/1609413931_6b1bab03-83eb-34c3-879c-e7e05068fa0b_850.jpg)
Dünən Yəmənin qeyri-rəsmi paytaxtı Ədən şəhərinin beynəlxalq hava limanında baş verən partlayış və silahlı hücum nəticəsində ölənlərin sayı 25-ə, yaralananların da sayı 110-dək yüksəlib.
www.anews.az
"Anews” "AP”yə istinadən xəbər verir ki, bu barədə səhiyyə naziri Qasım Bihəibuh "Twitter” vasitəsilə bildirib.
Xatırladaq ki, hadisə yeni hökumət üzvlərini daşıyan təyyarənin hava limanına enəndən sonra baş verib. Təyyarədə olan rabitə naziri Nəquib əl Əvq iki partlayış eşitdiklərini və bunun dron hücumu zənn etdiklərini bildirib. Baş nazir Məin Əbdülqədir Səid və nazirlərlə yanaşı təyyarədə Səudiyyə Ərəbistanı səfiri Məhəmməd Səid əl Cabbar da vardı. Rəsmi şəxslərin hamısı xəsarət almadan şəhərdəki hökumət iqamətgahına təxliyə olunublar. "Al Arabiya” xəbər verir ki, bundan sonra həmin bölgədə iqamətgahı hədəf alan bomba daşıyan dron vurulub.
Xarici işlər naziri Əhməd Əvad bin Mübarək verdiyi bəyanatda İran tərəfindən dəstəklənərək ölkənin şimalına və paytaxt Səna şəhərinə nəzarət edən Hoti islamçı üsyançıların hava limanına dörd ədəd ballistik raket buraxdıqlarını, daha sonra hökumət üzvlərinin olduğu iqamətgaha dron hücumu həyata keçirdiklərini bildirib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)