• $ 1.7
  • € 1.7517
  • ₽ 1.7594
  • ₺ 0.0472
  • £ 2.1013

Azərbaycanda 13 səhmdar cəmiyyəti hərraca çıxarılacaq

Azərbaycanda 13 səhmdar cəmiyyəti hərraca çıxarılacaq
05.01.2022 19:00
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanvarın 25-də və fevralın 1-də özəlləşdirmə hərracları təşkil edəcək.

Bu barədə "Report"a nazirlikdən bildirilib.

Məlumata görə, ilk hərraca 13 səhmdar cəmiyyətinin səhm paketi və 26 nəqliyyat vasitəsi, 2-ci hərraca isə 22 nəqliyyat vasitəsi çıxarılacaq.

Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında quşçuluq, aqrokimya, nəqliyyat, təmir və s. sahələrə aid müəssisələr vardır. Belə səhmdar cəmiyyətlərinə "Kürdəmir Aqrotexservis”, "Azinterservis”, "Biləsuvar Broyler”, "Yevlax Taxılçı” və digər səhmdar cəmiyyətləri aiddir.

Özəlləşdirməyə çıxarılan dövlət əmlakının tam siyahısı ilə burada tanış olmaq mümkündür: ( https://bit.ly/3mmNVpB ).

Özəlləşdirmə hərraclarında iştirak etmək istəyən şəxslər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10%-i qədər beh ödəyib hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilər.

Hərrac günü prosesə marağı olanlar həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) "Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Whatsapp-dan yenilik
Function 18:33
Whatsapp-dan yenilik
“WhatsApp”da yenilik
Function 18:18
“WhatsApp”da yenilik
Bu gecə 6 planet eyni zamanda səmada görünəcək
Function 20:43
Bu gecə 6 planet eyni zamanda səmada görünəcək
Maralgöl buz bağlayıb - Video
Function 20:00
Maralgöl buz bağlayıb - Video
Function 21:23
"Meta"nın sosial media platformalarında dəyişiklik ediləcək
Xəzərin Qazaxıstan sahilində batmış gəmi tapılıb
Function 15:14
Xəzərin Qazaxıstan sahilində batmış gəmi tapılıb
Whatsapp-da yeni funksiya
Function 20:21
Whatsapp-da yeni funksiya
Function 20:46
"Whatsapp"da yeni funksiya
WhatsApp-dan yenilik
Function 21:23
WhatsApp-dan yenilik
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol