Dünyada ilk dəfə lazer internet tətbiq olunacaq
![Dünyada ilk dəfə lazer internet tətbiq olunacaq Dünyada ilk dəfə lazer internet tətbiq olunacaq](https://anews.az/photo/850x500/2023-07/1688222333_1688201053552755400_1200x630.jpg)
Google Hindistanda interneti lazer şüası vasitəsilə çatdıracaq.
Hindistan dünyada ilk dəfə lazer interneti tətbiq edən ölkə olmaq məqsədilə işlərə başlayıb. "Google” holdinqə daxil olan "Alphabet” şirkəti Hindistanın əlaqə operatoru "Bharti Airtel” ilə əməkdaşlığa başlayıb.
Lazer internet fiberoptik kabel olmadan yüksəksürətli və etibarlı internet əlaqəsini təmin edir. Lazer internetin faydaları arasında ərazinin coğrafi mövqeyinin önəmsiz olması, kabel quraşdırma və xidmət xərclərinin azalması və internetin daha çox istifadəçiyə çatdırılması qeyd edilə bilər. Hindistanın lazer internet proqramı ölkənin ictimai və iqtisadi inkişafına töhfə vermək niyyətindədir.
Dünyanın ən sıx məskunlaşdığı, əhali sayı 1,5 milyarda yaxınlaşan Hindistanda internet infrastrukturunun yaradılması böyük problemdir.
Texnologiya nəhəngi "Google” isə bu məqsədlə fiberoptik kabellər yerinə güclü lazerlərdən istifadə edir. Bu texnologiya peyk internetinə ucuz alternativ ola bilər.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)