• $ 1.7
  • € 1.7517
  • ₽ 1.7594
  • ₺ 0.0472
  • £ 2.1013

WhatsAppda mesajlarla bağlı daha iki vacib funksiya işə düşür

WhatsAppda mesajlarla bağlı daha iki vacib funksiya işə düşür
29.07.2023 10:05
WhatsAppda videoçevrələrin - dairə şəklində qısa video mesajların göndərilməsinin tətbiqinə başlanılıb.

Bu barədə mesencerin bloqunda xəbər verilib.

Yeni xüsusiyyət "Instant Video Messages” və ya ani video mesajlar adlanır.

"İstifadəçilərin qısa şəxsi videoları birbaşa yazışmalarda yazmaq və göndərmək imkanı oldu”, - deyə məlumatda qeyd olunub.
O da vurğulanır ki, "videodairə”nin müddəti 60 saniyə ilə məhdudlaşır.
Videonu yazmaq üçün düyməni basılı saxlamaq lazımdır. Fayl qeyd edildikdən dərhal sonra göndərilir.

Yazışma açıldıqda video avtomatik olaraq səssiz göstəriləcək, ancaq dairənin üzərinə basdıqda səs açılacaq.

Yenilik yaxın həftələrdə əlçatan olacaq.

Bundan əlavə, mesencer mesajları göndərdikdən sonra 15 dəqiqə ərzində redaktə etməyə icazə verən funksiyanı artıq işə salıb. Şirkətdən bildirilib ki, yazı səhvini düzəltmək və ya göndərilən mesaja məlumat əlavə etmək üçün yazının üzərinə basmaq, sonra "düzəliş” seçimini etmək lazımdır.

O da bildirilir ki, düzəlişlərin tarixçəsinə baxmaq mümkün olmayacaq.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Whatsapp-dan yenilik
Function 18:33
Whatsapp-dan yenilik
“WhatsApp”da yenilik
Function 18:18
“WhatsApp”da yenilik
Bu gecə 6 planet eyni zamanda səmada görünəcək
Function 20:43
Bu gecə 6 planet eyni zamanda səmada görünəcək
Maralgöl buz bağlayıb - Video
Function 20:00
Maralgöl buz bağlayıb - Video
Function 21:23
"Meta"nın sosial media platformalarında dəyişiklik ediləcək
Xəzərin Qazaxıstan sahilində batmış gəmi tapılıb
Function 15:14
Xəzərin Qazaxıstan sahilində batmış gəmi tapılıb
Whatsapp-da yeni funksiya
Function 20:21
Whatsapp-da yeni funksiya
Function 20:46
"Whatsapp"da yeni funksiya
WhatsApp-dan yenilik
Function 21:23
WhatsApp-dan yenilik
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol