• $ 1.7
  • € 1.7517
  • ₽ 1.7594
  • ₺ 0.0472
  • £ 2.1013

“WhatsApp”a süni intellektlə foto redaktə funksiyası əlavə olunacaq

“WhatsApp”a süni intellektlə foto redaktə funksiyası əlavə olunacaq
09.07.2024 22:24
Məşhur messencer olan "WhatsApp” "Meta AI” süni intellektindən istifadə etməklə istifadəçilərə fotoları redaktə etməyə və onlar haqqında məlumat əldə etməyə imkan verən innovativ funksiyanı sınaqdan keçirməyə başlayıb.Bu barədə "WABetaInfo” xəbər verir.
 
Yeni funksiya "WhatsApp”ın "Android” üçün 2.24.14.20 - ən son beta versiyasında aşkar edilib.Bununla istifadəçilər şəkilləri təhlil edə və həmin şəkillərlə bağlı əlavə suallara cavab verə bilən "Meta”nın süni intellektinin köməyi ilə çata fotolar yükləyə biləcəklər. Məsələn, süni intellektdən fotoşəkildəki obyektləri müəyyən etməyi və ya onun mənasının izah edilməsi mümkün olacaq.

Bundan əlavə, süni intellekt çata daxil edilmiş mətn sorğuları əsasında şəkilləri tez redaktə edə biləcək. Hazırkı məqamda redaktə imkanlarının nə qədər geniş olacağı bəlli olmasa da, "WABetaInfo” qeyd edir ki, yeni funksiya istifadəçi təcrübəsinə rahatlıq əlavə edəcək və insanlara vaxta qənaət etməyə kömək edəcək.

Yeni süni intellektlə foto redaktə funksiyası hələ sınaq mərhələsindədir və yalnız "Android” üçün "WhatsApp”ın beta versiyasında mövcuddur. Onun məhdudiyyətsiz bütün istifadəçilər üçün istifadəyə verilmə vaxtı hələ açıqlanmayıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Whatsapp-dan yenilik
Function 18:33
Whatsapp-dan yenilik
“WhatsApp”da yenilik
Function 18:18
“WhatsApp”da yenilik
Bu gecə 6 planet eyni zamanda səmada görünəcək
Function 20:43
Bu gecə 6 planet eyni zamanda səmada görünəcək
Maralgöl buz bağlayıb - Video
Function 20:00
Maralgöl buz bağlayıb - Video
Function 21:23
"Meta"nın sosial media platformalarında dəyişiklik ediləcək
Xəzərin Qazaxıstan sahilində batmış gəmi tapılıb
Function 15:14
Xəzərin Qazaxıstan sahilində batmış gəmi tapılıb
Whatsapp-da yeni funksiya
Function 20:21
Whatsapp-da yeni funksiya
Function 20:46
"Whatsapp"da yeni funksiya
WhatsApp-dan yenilik
Function 21:23
WhatsApp-dan yenilik
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol